Vaqif Cavadov maaşını ala bilmir
31 Oktyabr 2011 Bazar Ertəsi 22:26
Vaqif Cavadov maaşını ala bilmir. “Volqa” klubunun futbolçuları sonuncu dəfə əmək haqlarını bu ilin may ayında alıb.
Rusiyanın “Volqa” klubunun futbolçuları rəhbərliyə çərşənbə axşamına nəzərdə tutulmuş məşqi boykot etmək niyyətində olduqlarını bildiriblər. ANS PRESS "Azerisport.az" saytına istinadən xəbər verir ki, bu üsulla onlar əmək haqlarının uzun müddətli gecikməsinə qarşı etirazlarını bildirməyə çalışacaq.

Sonuncu dəfə Nijni Novqorod klubunun oyunçularına əmək haqları bu ilin may ayında verilmişdi. Belə fasilə klub sponsorlarından birinin artıq neçə aydır vəd edilmiş məbləği köçürə bilməməsi nəticəsində yaranıb.

Xatırladaq ki, “Volqa”nın heyətində yığmamızın hücumçusu Vaqif Cavadov da çıxış edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar