Vaqif Cavadov İnter klubuna keçdi
    06 İyun 2013 Cümə Axşamı 11:45
    Millimizin hücumçusu Vaqif Cavadov ile ikillik müqavile imzalanıb.
    
                	 
    
         “İnter” daha bir futbolçunu heyətinə qatıb. "Apasport"un məlumatına görə, bu, millimizin hücumçusu Vaqif Cavadovdur. Müqavilə 2 il müddətinə nəzərdə tutulub. Əslində, futbolçu ilə müqavilə hələ mayın sonlarında, yəni oyunçu millinin düşərgəsinə yollanmamışdan öncə bağlanılıb. Sadəcə, futbolçu onun “Qarabağ”dan ayrılması böyük səs-küyə səbəb olacaq deyə “İnter”ə transfer olunmasını gizlətməyə çalışıb.
Qeyd edək ki, Vaqif Cavadov ötən mövsüm “Qarabağ”da 24 oyuna 3 qol vurub.
DOSTLARINLA PAYLAŞ: