Vaqif Cavadov Hollandiyaya gedir
    27 Dekabr 2009 Bazar 17:40
    Hollandlar Vaqif Cavadovun transfer haqqını ödəyib
    
                	 
    
         Vaqif Cavadovun yeni ildən şərəfini qoruyacağı Hollandiyanın "Tvente" klubunun nümayəndələri bu yaxınlarda Bakıya səfər edib. Hollandların ölkəmizə səfərinin məqsədi "Qarabağ"la danışıqlar aparmaq olub.
Danışıqlar prosesində Vaqif də iştirak edib və tərəflər transfer üçün razılığa gəlib. "Tvente"nin Cavadova görə, 500 min dollara yaxın transfer haqqı ödədiyi deyilir.
Qeyd edək ki, Vaqif Hollandiya klubu ilə ilkin müqavilə imzalayıb. Rəsmi anlaşma isə yanvarın 5-də imzalanacaq. Bundan sonra "Tvente" futbolçumuz üçün təqdimat mərasimi keçirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: