Vaqif Cavadov hollandiyalı azarkeşlərə təqdim olundu
30 Yanvar 2010 Şənbə 04:05
Stiv Maklaren: “Vaqif Cavadovu gələcək üçün transfer etmişik”
Hollandiyanın “Tvente” futbol klubunun baş məşqçisi Stiv Maklaren “De Telegraaf” qəzetinə azərbaycanlı hücumçu Vaqif Cavadovun transferindən danışıb. Onun sözlərinə görə, Vaqif Cavadov istənilən mövqedə oynaya bilir: “Ümumiyyətlə, biz onu gələcək üçün transfer etmişik. Onun bu mövsümdə əldə edəcəyi uğurlar, xoş bonus olacaq”.

Xatırladaq ki, ötən il Azərbaucanın ən yaxşı futbolçusu seçilən Vaqid Cavadov “Tvente” ilə üç illik müqavilə imzalayıb. Ötən gün Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Hollandiyanın "Tvente" klubunun üzvü kimi ictimaiyyətə təqdim olunub.

21 yaşlı hücumçuya baş məşqçi Stiv Maklaren tərəfindən 7 nömrəli forma verilib. Bundan sonra Vaqif Cavadov komanda ilə məşqə çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar