Vaqif Cavadov gözəl qızlarla futbol oynadı
20 Oktyabr 2011 Cümə Axşamı 12:15
“Volqa” – “Miss Nijni Novqorod-2011” qarşılaşması heç-heçə nəticələnib.
Rusiyanın Nijni Novqorod şəhərinin World Class idman klubunda “Volqa” klubunun üzvləri ilə “Miss Nijni Novqorod-2011” müsabiqəsinin iştirakçıları arasında unikal matç keçirilib. ANS PRESS-in “Volqa” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Vaqif Cavadovun da iştirak etdiyi şou xarakterli matç 5:5 hesabı ilə nəticələnib. Qarşılaşmadan sonra “Volqa” klubunun üzvləri Nijni Novqorod gözəllərinə gül dəstələri hədiyyə ediblər.







DOSTLARINLA PAYLAŞ:

oyunlar