Vaqif Cavadov gələcək vəd edən futbolçudur
12 Yanvar 2010 Çərşənbə Axşamı 10:15
“Tvente”nin məşqçisi Stiv Maklaren həmyerlimizin keçidinə münasibət bildirib
Yığmanın futbolçusu Vaqif Cavadov rəsmən “Tvente”nin futbolçusu olub. Vaqif Cavadov dünən “Tvente” ilə 3,5 illiyinə rəsmi müqavilə imzalayıb. “Tvente”nin ingilis baş məşqçisi Stiv Maklarenin imzalanma mərasimindən sonra klubun rəsmi saytında fikri yer alıb.

“Vaqif Cavadov özünü Avropa Liqasının oyunlarında “Qarabağ”ın heyətində yaxşı tərəfdən göstərib. O, gələcək vəd edən futbolçudur. “Tvente”nin heyətində meydana çıxacağı hər oyun onun üçün bonus olacaq”-deyə Stiv Maklaren bildirib.

Xatırladaq ki, Vaqif Cavadov yeni komandasının heyətində 20 nömrəli formanı geyinəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar