Vaqif Cavadov ən yaxşı futbolçu seçildi
07 May 2014 Çərşənbə 00:17
Topaz Premyer Liqasında 33-cü turun ən yaxşı oyunçusu “İnter”in kapitanı Vaqif Cavadov seçilib.
Topaz Premyer Liqasında 33-cü turun ən yaxşı futbolçuları müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun rəmzi 11-liyi aşağıdakı kimidir:
Qapıçı – Andrey Popoviç (“Sumqayıt”)
Müdafiəçilər – Elnur Allahverdiyev (“Qəbələ”), Elvin Yunuszadə (“Neftçi”), Admir Teli (“Qarabağ”), Mahir Şükürov (“Neftçi”)
Yarımmüdafiəçilər – Dejan Blajevski (“Xəzər Lənkəran”), Luis Paulo Hilario (“Qəbələ”), Vaqif Cavadov (“İnter”), Nizami Hacıyev (“Qəbələ”)
Hücumçular – Etame Mbilla (“Xəzər Lənkəran), Viktor Mendi (“Qəbələ”)
Topaz Premyer Liqasında 33-cü turun ən yaxşı oyunçusu isə “İnter”in kapitanı Vaqif Cavadov seçilib.
DOSTLARINLA PAYLAŞ: