Vaqif Cavadov “Deportivo”nun qapısına penaltini vura bilmədi
24 İyul 2010 Şənbə 12:30
“Tvente” Almaniayada növbəti oyununa çıxıb. Vaqif Cavadov “Deportivo”nun qapısına penaltini vura bilmədi.
Həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu Hollandiyanın “Tvente” klubu Almaniyada təlim-məşq toplanışını davam etdirir. Enşede təmsilçisi “Uhren Cup” turniri çərçivəsində İspaniyanın “Deportivo” klubu ilə qarşılaşıb.

Klubun rəsmi saytında yer alan məlumata görə, həmyerlimiz Vaqif Cavadov oyunu əvəzolunmadan keçirib. Qarşılaşmaya gəlincə isə hesab 1:1 yekunlaşıb.

Oyun sonrası penalti zərbələrində isə “Deportivo” rəqibini 5:4 hesabı ilə məğlub edib. Vaqif Cavadov yerinə yetirdiyi penalti zərbəsində dəqiq ola bilməyib. Xatırladaq ki, “Tvente” “Uhren Cup” turnirində 4 klub arasında sonuncu yeri tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar