Vaqif Cavadov: Burada mənə xoşdur
30 Sentyabr 2011 Cümə 16:19
Yığmamızın futbolçusu Vaqif Cavadov “Volqa”nın rəsmi saytına müsahibə verib.
Yığmamızın futbolçusu “Amkar”la oyun öncəsi “Volqa” klubunun rəsmi saytına müsahibə verib.
- Vaqif “Amkar”la oyun ərəfəsində əhval-ruhiyyən necədir?
- Əhval-ruhiyyəm döyüşkəndir. “Amkar”la oyun bizim üçün çox əhəmiyyətlidir. Azarkeşlərə söz verirəm ki, 90 dəqiqə ərzində hər oyun epizodu uğrunda döyüşəcəm.
- Komanda Moskva klubları ilə keçirdiyi iki ardıcıl oyundan sonra bərpa oluna bilmisinizmi?
- Bu oyunlar çətin idi. Ancaq biz sabah baş tutacaq “Amkar”la oyuna hazırıq. Bircə çətinliyimiz ondan ibarətdir ki, heyətimizdə çoxlu itki var.
- Özünü necə hiss edirsən?
- Zədəmi sağaltmışam və özümü yaxşı hiss edirəm. Düşünürəm ki, bütün 90 dəqiqə oynamağa gücüm çatar.
- Rəqib haqqında nə bilirsən?
- Bilirəm ki, rəqibin heyətində baş məşqçi dəyişikliyi baş verib. Yəqin ki, “Amkar”ın futbolçuları yeni baş məşqçiyə xoş gəlmək üçün var güclərini ortaya qoyacaqlar.
- Son oyunlarda son pillələrdə qərarlaşmış “Volqa”, “Rostov” və “Spartak” (Nalçik) parlaq oyunla yadda qalmırlar. Azarkeşlər bu dəfə futbolçulardan nə gözləməlidirlər?
- Düşünürəm ki, qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçəcək. Biz azarkeşlərimizi hücum futbolu ilə sevindirməyə çalışacağıq. Rəqib yəqin ki, oyunu müdafiədən quracaq. Mən inanıram ki, “Amkar”la oyunun 90 dəqiqəsindən sonra bizim azarkeşlər qələbəni bayram edəcəklər.
- “Spartak”la oyunda sənin zərbəndən sonra top qapı dirəyindən döndü. Biz sənin qollarına nə vaxt şahidlik edəcəyik?
- Bəli mənim qol vurmağıma hələ ki, dirək və qapı tirləri mane olur (gülür). Üzümüzə gələn oyunlarda qol vurmağa çalışacam.
- Demək olarmı ki, sən Rusiya premyer liqasına uyğunlaşmısan?
- Tamamilə. Azarkeşlər və futbol mütəxəssisləri daha yaxşı bilər, ancaq mənim üçün burada xoşdur. Hər tur özünəinam hisssim artır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: