Vaqif Cavadov bu həftə Hollandiya çempionu ola bilər
15 Aprel 2010 Cümə Axşamı 16:40
Bunun üçün "Tvente" qalib gəlməli, "Ayaks" isə məğlub olmalıdır.
Həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente” artıq növbəti turda ölkə çempionluğunu bayram edə bilər. Bunun üçün “Tvente” 18 apreldə öz evində keçirəcəyi “Feyenord”la qarşılaşmada mütləq qələbə qazanmalıdır.
Enşede təmsilçisinin ən yaxın izləyicisi olan Amsterdamın “Ayaks” klubu isə “Herakles” kollektivi ilə oyun keçirəcək. Amsterdamlıların bu tur məğlub olacağı, “Tvente”nin isə rəqibindən 3 xal alacağı təqdirdə, çempionun kimliyinə aydınlıq gələcək. “Tvente” rəqibi ilə xal fərqini 4-ə çatdıraraq, son turun nəticəsindən asılı olmayaraq çempion olacaq.
Xatırladaq ki, Hollandiya çempionatının bitməsinə 2 tur qalmış “Tvente” 80 xalla turnir çədvəlinə liderlik edir. “Ayaks” isə 79 xalla 2-ci pillədə qərarlaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: