Vaqif Cavadov “Borussiya”ya qarşı oynaya bilər
10 Avqust 2010 Çərşənbə Axşamı 18:30
Millinin forvardı Vaqif Cavadov köhnə komandasına dönür.
Hollandiyanın "Tvente" klubundan ayrılacağı gözlənilən Vaqif Cavadov karyerasını ölkəmizdə davam etdirəcək. Futbolçunun keçmiş klubu "Qarabağ"ın yenidən onun xidmətində maraqlı olduğu bildirilir.

Artıq baş məşqçi Qurban Qurbanov da Vaqifin komandaya dönməsinə razılıq verib. Cavadovun "Borussiya" ilə avqustun 19-da Almaniyada keçiriləcək ilk oyunda meydana çıxacağı gözlənilir. Həmin vaxta qədər futbolçunun adı UEFA-ya təqdim olunacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl jurnalistlərə açıqlama verən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Vaqifi yenidən komandada görmək istədiyini bildirmiş və bununla bağlı yekun qərarı baş məşqçinin verəcəyini demişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar