Van Basten "Yuventus"a gətirilir?
13 Yanvar 2010 Çərşənbə 18:25
İtaliya mətbuatı maraqlı məlumat yayıb. Van Basten "Yuventus"a gətirilir.
Məşhur hollandiyalı futbolçu Marko van Basten İtaliyanın “Yuventus” klubunun baş məşqçisi postunda Çiro Ferraranı əvəz edə bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Qeyd edək ki, “Qoca sinyora”nın hazırkı rəhbərinin bu ay komandadan qovulacağı gözlənilir. Onun "səyləri" nəticəsində “Yuve” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilmədi. O cümlədən A Seriyasının son turu çərçivəsində "ev"də “Milan”a böyükhesablı məğlubiyyətdən sonra (0:3) Ferraranın klubdakı kürsüsü ciddi şəkildə laxlayıb.

Bu gün İtaliya Kubokunda “Napoli” ilə keçiriləcək oyun Ferrara üçün sonuncu matç ola bilər.

Xatırladaq ki, Van Basten əvvəllər Hollandiya yığması və “Ayaks” klubunun baş məşqçisi postunda fəaliyyət göstərib.

İtalyan mütəxəssisin yerini tutacaq məşqçilər sırasında Rusiya yığma komandasına rəhbərlik edən Qus Hiddink və İtaliya millisinin keçmiş baş məşqçisi Dino Zoffun da adı var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar