Yeni mövsümə hazırlıqlarını davam etdirən Azərbaycan futbolunun flaqmanı növbəti trasferini gerçəkləşdirib. ANS PRESS-in klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, ötən mövsüm “İnter”in heyətində Azərbaycan Premyer Liqasının bombardiri olmuş Valter Qoleelmone bundan sonra “Neftçi”i üçün çalışacaq. Uruqvaylı hücumçu Avroliqada uğursuz çıxışdan sonra “İnter”dən qovulub. Belə olan halda, ötən mövsümün bombardiri yeni klubuna pulsuz başa gəlib. Valter artıq Türkiyədə məşqlərini davam etdirən “Flaqman”ın düşərgəsinə gələrək yeni müqaviləyə imza atıb. 31 yaşlı legioner futbolçu bu gün komandası ilə ilk məşqinə çıxacaq.
Gəray Qiyasov /ANS PRESS/