“Valensiya”nın üzvü azərbaycanlı oldu
20 Aprel 2012 Cümə 16:02
Basketbolçu Nik Kaner-Medli bundan sonra yığmamızın şərəfini qoruyacaq.
İspaniyanın “Valensiya” klubunun amerikalı basketbolçusu Nik Kaner-Medli bundan sonra Azərbaycan yığmasının tərkibində çıxış edəcək. ANS PRESS-in “Eurobasket.com” saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Basketbol Federasiyasının rəhbəri Levent Turknas bildirib.

Basketbolçu Avrobasket-2013-ün seçmə yarışlarında yığmamızın şərəfini qoruyacaq. Bundan başqa Türkiyənin “Banvit” klununun şərəfini qoruyan amerikalı basketbolçu Çarlz Devis və Madrid “Real”ın müdafiəçisi Ceysi Kerrol da millimizin heyətinə cəlb edilə bilərlər.

Qeyd edək ki, Kaner Medli 13 Avrokubok matçında orta hesabla 13,5 xal toplayaraq, 6,4 ribaund götürüb. Basketbolçu bu 13 qarşılaşmada 27,3 dəqiqə meydanda olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar