“Valensiya” David Vilyaya əvəz tapıb
14 İyul 2010 Çərşənbə 13:55
Klub yeni hücumçu ilə razılığa gəlib.
İspaniyuanın “Valensiya” futbol klubu əsas hücumçusu David Vilyanı “Barselona”ya satdıqdan sonra ona əvəz tapıb. Klub “Malyorka”nın futbolçusu Arits Adurisi heyətinə qatmaq qərarına gəlib.

Futbolçunun “Valensiya”da illik məvacibinin 1,5 milyon avro olacağı deyilir. Adurislə Türkiyənin “Fənərbaxça” klubu da yaxından maraqlansa da o, “Valensiya”ya keçməyə üstünlük verib.

Xatırladaq ki, Aduris ötən mövsüm “Malyorka”nın heyətində 12 qol vuraraq klubun ən məhsuldar futbolçusu seçilib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar