V.Həşimov “Amber” turnirində qələbə qazandı
19 Mart 2011 Şənbə 01:30
Şahmatçımız bolqarıstanda Veselin Topalovu məğlub edib
Monte-Karloda 20-ci “Amber” superturnirinin 6-cı turunun qarşılaşmaları keçirilib. ANS PRESS, turnirin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, azərbaycanlı qrossmeyster Vüqar Həşimov bolqarıstanda Veselin Topalovla qarşılaşıb. Tərəflər “gözübağlı” partiyadan sülhlə ayrılıblar, sürətli şahtmatda isə Vüqar Həşimov daha güclü olub.

Digər qarşılaşmalarda isə norveçli Maqnus Karlsenin qələbəsi, erməni Levon Aronyanın isə məğlubiyyəti onlar arasındakı xal fərqinin azalması ilə nəticələnib. Hindistanlı Vişvanatan Anand isə ukraynalı Vasili İvançuka məğlub olub. Rusiya təmsilçisi Vladimir Kramnik hollandiyalı Aniş Girini məğlub edib.

Altı turdan sonra liderlərin turnir cədvəlindəki vəziyyəti: Aronyan-8,5 xal, Karlsen - 7,5 xal, Anand, Qrişşuk - hər biri 7 xal. Vüqar Həşimovun 5,5 xalı var. O, 5-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, “Amber” superturniri martın 24-də başa çatacaq. Turnirin mükafat fondu 227 min avrodur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar