Üzgüçülük yarışında 3 idmançı batıb
19 Yanvar 2010 Çərşənbə Axşamı 11:20
Daha 5 nəfər isə itkin düşüb.
Argentina və Paraqvay ölkələrinin sərhədində yerləşən Parana çayında keçirilən ənənəvi üzgüçülük yarışında 3 idmançı batıb. Daha 5 nəfər isə itkin düşüb.
Hər iki ölkənin xilasediciləri hazırda motorlu qayıq və helikopterlər vasitəsilə itkin düşənlərin cəsədlərini axtarırlar.
Xatırladaq ki, turnir Parana çayında 67 ildir ki, keçirilir.
Hər il yarışda 150 üzgüçü iştirak edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: