Üzgüçülərimiz Kanadadan qayıtdı
19 İyul 2010 Bazar Ertəsi 18:40
Təmsilçimiz 16-cı yerə layiq görülüb.
Kanadada açıq suda üzgüçülük üzrə təşkil edilmiş Dünya çempionatına Azərbaycan idmançıları da qatılıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qadınlar arasında 10 km məsafəni qət edən Anastasiya Jidkova 26-cı, İnqa Koçur 28-ci yerə layiq görülüblər.

37 idmançı arasında öz qüvvəsini sınayan üzgüçümüz Fesenko Sergey 2.02.15 nəticə ilə 16-cı yerə layiq görülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar