Maştağa olimpiya idman kompleksində uşu üzrə Azərbaycan çempionatı start götürüb. Artıq uşumenlər hər çəki dərəcəsində mükafatlar uğrunda mübarizəni davam etdirəcək döyüşçüləri müəyyənləşdiriblər. Çempionatın medallarına iddialı döyüşçülər 50 çəki dərəcəsi üzrə mübarizə aparırlar. Döyüşlər 6 yaş qrupu üzrə keçirilir. Azərbaycan çempionu adı uğrunda ölkənin bütün bölgələrindən olan uşuçular yarışır. Ümumilikdə 360 döyüşçü 33 komandada bir araya gəlib. Ölkə çempionatının nəticəsinə görə yeniyetmələr, gənclər və böyüklərdən ibarət yığma komandaların heyətləri təşkil olunacaq. Oktyabr ayında isə uşu üzrə böyüklərdən ibarət milli komandamız Dünya çempionatında iştirak edəcək. Uşu üzrə Dünya çempionatı Kanadanın Toronto şəhərində keçiriləcək. /ANS TV/