Usta cüdoçularımız gücünü sınayacaq
15 İyun 2011 Çərşənbə 18:44
Almaniyanın Frankfurt şəhərində veteran cüdoçular arasında Dünya çempionatı keçiriləcək.
Sabahdan etibarən Almaniyanın Frankfurt şəhərində Usta cüdoçular arasında Dünya çempionatı keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, bu yarışda veteran cüdoçularımızdan – Babazadə Natiq (-60 kq), Budaqov Vüqar, Hüseynov Zülfiqar (hər ikisi -66 kq), Muradov Çingiz, Əhmədov Elçin, İsmayılov Famil, Adıgözəlov Azər, Fətəliyev Samir (hər beşi -73 kq), Cəfərov Mübariz, Hüseynov Rafiq, Əsgərov Seyfəl (hər üçü -81 kq), Rəcəbli Fərhad, Səlimov Rəsul (hər ikisi -90 kq), Əsgərov Azər, Əsədov Asəf, Pənahov Mübariz (hər üçü -100 kq), Müslümzadə Məhəmməd (+100 kq) və xanım cüdoçumuz Hüseynova Zülfiyyə (-70 kq) mübarizəyə qatılacaq.

Yarış uynun 19-na qədər davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar