Uruqvay millisi CAR yığmasını məğlub etdi
17 İyun 2010 Cümə Axşamı 01:45
Dubla imza atan Diyeqo Forlan turnirin ən yaxşı bombardirinə çevrildi.
Futbol üzrə Dünya Çempionatına A qrupunun ikinci oyununda Uruqvay mililsi meydan sahiblərini məğlub edib. Pretoriyadakı “Loftus Versfeld” stadionundakı qarşılaşma 3:0 hesabı ilə başa çatıb.
Uruqvaylı Diyeqo Forlan oyunda dubla imza atıb. Madridin “Atletiko” klubunda çıxış edən hücumçu birinci dəfə 24-cü dəqiqədə fərqlənib. 80-ci dəqiqədə isə o 11 metrilk cərimə zərbəsini qola çevirib. Diyeqo Forlan hazırda turnirin ən yaxşı bombardiridir.
Oyunun sonlarında Alvaro Pereyra komandasının üçüncü qolunu vurub.
Qeyd edək ki, 77-ci dəqiqədə CAR millisinin qapıçısı İtumelenq Kune qırmızı vərəqə alıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: