Uraloçka qələbəyə iddialıdır
18 Mart 2010 Cümə Axşamı 22:10
CEV kubokunun fovoritlərindən Uraloçka Bakıya gəlib
Rusiyanın ən titullu voleybol klublarından olan Yekaterinburq təmsilçisi “Uraloçka” Bakıya gəlib. Dünyanın məhşur məşqçilərindən Nikolay Karpolun başçılıq etdiyi komanda Avropa Voleybol Konfederasiyası (CEV) kubokunun fovoritlərindən hesab edilir.

Heydər Əliyev Beynəlxalq hava limanında məşqçi Nikolay Karpol “dördlər finalı” haqqında fikirlərini bildirib. İndi yalnız yarımfinal oyunu haqqında düşünən məşqçi Azərbaycan təmsilçisi haqqında da fikirlərini bildirib.

“Hələlik biz “Rabitə” haqda düşünmürük. “Tservena Zvezda” ilə oyuna hazırlaşmışıq. “Rabitə”ni biz görəcəyik. Bakıda çoxlu azarkeşlər olacaq. Qızlar nə qədər azarkeşlərin təzyiqinə dözə bilsələr, təslim olmasalar, o qədər də müsbət nəticə olacaq”,-deyə məşqçi qeyd edib.

Qeyd edəy ki, “Uraloçka” ilk matçını Serbiyanın “Tservena Zvezda” klubuna qarşı keçirəcək. Bu komandalar arasında yarımfinal oyunu Sərhədçi İdman Kompleksində, martın 20-də saat 19-30-da başlayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar