Universal döyüşçülərimiz Rumıniyadan qələbə ilə qayıdıb
26 Avqust 2010 Cümə Axşamı 22:55
İdmançılarımızdan 8-i vətənə medal gətirib.
Universal döyüşçülərimiz Rumıniyada keçirilmiş Avropa birinciliyində uğurla çıxış edib. Yarışda qüvvəsini sınamış idmançılarımızdan 8-i vətənə medalla qayıdıb.

1995-96-cı il təvəllüdlü yeniyetmələrin yarışında ölkəmizi təmsil etmiş Azər Vəliyev 55 kiloqramda qızıl medala sahib olub. Onun həmyaşıdı Əli Həsənli 50 kiloqramda fəxri kürsünün ikinci pilləsinə qalxıb. 45 kiloqramda isə Alim Əliyev birinciliyin bürünc mükafatına yiyələnib.

16 və17 yaşlı idmançıların mübarizəsində də himnimiz 1 dəfə səslənib. Ağırlığı 75 kiloqram olan Nicat Əliyev bütün rəqiblərinə qalib gələrək vətənə qızıl medalla qayıdıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar