UniCup turnirinə yekun vurulub
14 Fevral 2011 Bazar Ertəsi 17:37
Turnirin qalibi "Futbol+" qəzetinin komandası olub.
Fevralın 13-də "ABU-Arena" İdman komleksində keçən turnirin final oyununda «Futbol+»çular gərgin mübarizədə "ANS" komandasına 4:3 hesabı ilə qalib gələ bildilər. Final qarşılaşmanın qəhramanına yarışın bombardirləri sırasında favorit sayılan Ülvü Əliyev çevrilib. Onun birinci hissədə vurduğu iki qola "ANS"»çilər 6 dəqiqə ərzində 3 topla cavab versələr də, final oyunun ikinci hissəsində Ü.Əliyevin Asif Bağırovun qapısından keçirdiyi sərrast zərbələri cavabsız qalıb. Nəticədə "Futbol+" redaksiyası "Unibank"dan turnirin 2000 AZN təşkil edən əsas pul mükafatını qazanıb. İkinci yerin sahibi kimi "ANS" komanası Bankdan 1200 AZN alacaq.

Xatırladaq ki, kütləvi informasiya vasitələri arasında keçirilən "UniCup" yarışının məcmu mükafat fondu 4000 manat təşkil edir. "Unibank" Kuboku uğrunda mübarizədə turnirdə müsabiqədən kənar çıxış edən Bankın komandası ilə bərabər, 9 media-qurumun nümayəndələri və "Unibank" Premyer-Liqasının peşəkar klublarının mətbuat katiblərinın yığması iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar