Unibank Premyer Liqasının 2011-2012-ci il mövsümünün püşkü atılıb
22 İyul 2011 Cümə 22:12
Unibank Premyer Liqasının ilk turunda azarkeşlər "Neftçi" - "Qarabağ" oyununa şahidlik eəd biləcək.
Bu gün futbol üzrə Unibank Premyer Liqasının yeni mövsümünün püşkü atılıb. AFFA-nın inzibati binasında atılmış püşkatma mərasimində çempionatda mübarizə aparan 12 komandanın nümayəndələri iştirak edib.

Ötən il olduğu kimi, bu dəfə də Azərbaycan çempionatı 2 mərhələdən ibarət olacaq. Bütün komandalar bir-biri ilə qarşılaşdıqdan sonra birinci və ikinci altılıqda mübarizə aparacaq komandalar müəyyənləşəcək. Unibank Premyer Liqasının qalibi adını da məhz ilk altılığı birinci pillədə başa vuracaq komanda qazanacaq.

Püşkatmada da yeni qayda tətbiq olunub. Belə ki, oyunlarını bir stadionda keçirən komandalar eyni turda meydan sahibi ola bilməyəcək. Beləliklə, 2011-2012-ci il mövsümünün ilk turunda azarkeşlər 2 mərkəzi oyuna şahidlik edəcək: “Neftçi” – “Qarabağ” və “Qəbələ-Bakı”.

Qeyd edək ki, çempionatın açılış oyunları avqustun 6 və 7-də keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar