Unibank premyer liqasında yeni mövsüm
05 Avqust 2010 Cümə Axşamı 23:35
Unibank premyer liqasında yeni mövsüm.Çempionat Gəncədən başlayacaq.
Futbol üzrə Unibank premyer liqasında yeni mövsümün startı bu həftəsonu veriləcək. Artıq ilk turda keçiriləcək matçların başlama vaxtı da məlumdur. Çempionat Gəncədən başlayacaq.

Futbol üzrə Unibank premyer liqasında ilk turun 1-ci oyunu avqustun 7-də Gəncədə keçiriləcək. Bu şəhərin eyni adlı komandası “Simurq”u qəbul edəcək. Debütantla Zaqatala təmsilçisinin görüşü saat 18:00-da başlayacaq. Həmin gün daha iki qarşılaşma ilə yadda qalacaq. Məkrəzi matçda “Xəzər Lənkəran” “Qəbələ”ni qəbul edəcək. “Bakı” isə Tofiq Bəhramov adına Respublika Stadionunda “Azal”la qarşılaşacaq. Hər iki matç saat 20:00-da başlayacaq.

Turun digər 3 oyunu isə bazar gününə təyin olunub. “Turan” Tovuzda “İnter”lə üz-üzə gələcək. Çempionatın debütantı MOİK isə “Muğan”la münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşmaların start fiti saat 18:00-da səslənəcək. “Neftçi”-“Qarabağ” matçı isə avqustun 8-i saat 20:00-a təyin olunub. Tofiq Bəhramov adına Respublika Stadionunda keiçriləcək oyunla tura yekun vurulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar