Unibank Premyer Liqasında stadion problemi
02 Noyabr 2010 Çərşənbə Axşamı 23:50
Unibank Premyer Liqasında stadion problemi olub. Eyni gündə keçirilməli olan qarşılaşmaların baş tutmasında əngəl yaranıb.
Unibank Premyer Liqasının XII turunun oyunlarının keçirilmə yerləri və başlama vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təqvimə əsasən eyni gündə keçirilməli olan qarşılaşmaların baş tutmasında problem yaranıb. Belə ki, 3 komandanın ev matçlarını eyni stadionda keçirməsi buna imkan verməyib. Bu səbəbdən də “Qarabağ”ın MOİK-lə görüşü bir gün əvvəl, yəni noyabrın 5-də baş tutacaq. Digər matçlar isə ertəsi gün keçiriləcək.

Lakin şənbə gününə planlaşdırılan matçlarda da dəyişiklik edilib. Belə ki, AZAL-ı qəbul etməli olan “Simurq” rəqibi ilə elə onun meydanında – “Şəfa”da görüşəcək.

5 noyabr

14:00. "Qarabağ" - MOİK
T.Bəhramov adına Respublika stadionu

6 noyabr

14:00. "Qəbələ" - "Xəzər Lənkəran"
Qəbələ şəhər stadionu

14:00. "Muğan" - "Turan"
Salyan şəhər OİK stadionu

14:00. "Gəncə" - "Bakı"
Gəncə şəhər stadionu.

14:00. "Simurq" - AZAL
"Şəfa" stadionu.

16:00. "Neftçi" - "İnter"
T.Bəhramov adına Respublika stadionu
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar