Unibank Premyer Liqasında növbəti tur oynanılıb
13 Fevral 2010 Şənbə 17:05
İddialı komandalar qələbə qazanıblar
Bu gün Unibank Premyer Liqasında XX turun oyunlarına start verilib. Keçirilməli olan 6 qarşılaşmadan 4-ü artıq yekunlaşıb.

“Olimpik-Şüvəlan” Sumqayıtın “Standard” klubu üzərində 2:0, “Neftçi” isə “Karvan” üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

Digər oyunlarda isə “Turan” “Muğan”ı 1:0, “Bakı” isə “Qəbələ”ni 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Turun “Xəzər Lənkəran” – “Qarabağ”, “İnter” – “Simurq” oyunları da bu gün baş tutacaq.

Xatırladaq ki, turnir cədvəlinə hazırda 42 xalla Bakının “İnter” klubu başçılıq edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar