Unibank Premyer Liqasında ikinci tur başladı
14 Avqust 2010 Şənbə 23:40
İlk matçda qələbə qazanan AZAL turnir cədvəlinə liderlik edir.
Bu gün Futbol üzrə Unibank Premyer Liqasında ikinci tura start verilib. İlk oyun günü təşkil olunan yeganə qarşılaşma Şəfa stadionunda keçirilib. İkinci tura AZAL - “Turan” qarşılaşmasıyla start verilib. Əfqan Həmzəyevin idarə etdiyi matçda yalnız bir qol vurub. Yeganə qolun müəllifi isə AZAL-ın futbolçusu Draqan Mandiç olub.

İlk turda "Bakı"nı məğlub edən AZAL "Turan"a da qalib gələrək turnir cədvəlinin vahid liderinə çevirilib.

Matçdan sonra "Turan" klubunun baş məşqçisi Sakit Alıyev və AZAL klubunun baş məşqçisi jurnalistlərin suallarını cavablandıraraq oyunu şərh ediblər.  ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar