Unibank Premyer Liqasında 17-ci turuna yekun vurulub
12 Dekabr 2010 Bazar 13:50
Lider dəyişib
Futbol üzrə Unibank Premyer Liqasında 17-ci turuna yekun vurulub. Bu tur turnir cədvəlinin liderinin dəyişilməsi ilə əlamətdar olub. Tofiq Bəhramov adına respublika stadionunda “Neftçi”nin qonağı olmuş “Bakı” flaqmanı zirvədən salıb. Denis da Silvanın və Jabanın vurduğu bu qollar ağ qaraların liderlik statusunu əlindən alıb. Belə ki, “Xəzər Lənkəran”lılar “Gəncə” ilə oyundan 3 xal hasil edə biliblər. Beləliklə, 17 turdan sonra “Xəzər Lənkaran” 37 xalla nəhayətki ilk pilləni ələ keçirməyə müvəffəq olub. Lənkəranlıları 34 xalla flaqman izləyir. Ən güclü üçlüyü “AZAL” qapayır- 33 xal. Qəbələnin eyni adlı klubu 17 oyundan 29 xal hasil edə bilib. 28 xal toplamış “İnter” və 27 xalı olan “Qarabağ” müvafiq olaraq 5-ci və 6-cı yerlərdədir. “Bakı” komandası 25 xalla 7-cidir. Premyer liqanın debutantı olan “Gəncə”nin aktivində 22, “Muğan” isə 17 xalı var. “Turan” 11 xalla 10-cu pillədə qərarlaşıb. Son iki yeri isə “Simurq” və “Moik” tutur.
Bombardirlərin cədvəlinə həmişə olduğu kimi legionerlər başçılıq edir. “Neftçi”nın şərəfini qoruyan Bahodir Nasimov vurduğu 14 qolla rəqibləri üçün hələki əlçatmazdır. Gəncgədən Junivan Suares 9, “AZAL”dan Qvidas Yuşka isə 7 dəfə qola seviniblər. Yerli futbolçulardan isə ən sərrastları qarabağlı Rauf Əliyev və gəncəli Samir Zərgərovdur. Bu futbolçular rəqib qapılarına 5 dəfə yol tapıblar.
DOSTLARINLA PAYLAŞ: