Unibank Premyer Liqasına uğursuz başlayıb
20 Noyabr 2010 Şənbə 19:15
“Bakı” MOİK-i, “İnter” “Turan”ı məğlub edib
Turun ilk oyun günündə paytaxtın iki komandası – MOİK və “Bakı” klubları qarşılaşıblar. Unibank Premyer Liqasına uğursuz başlayıb, lakin getdikcə öz oyununu tapan ölkə kubokunun son qalibi “Bakı” rəqibinin qapısından 4 cavabsız top keçirib. Bununla Premyer Liqanın autsayderi MOİK-lə görüşdə qazandığı qələbə Vinfrid Şeferin yetirmələri ilk “altılığa” düşmək üçün yaxşı şans əldə biliblər.

Günün digər oyununda isə Zaqatalada “Simurq” Gəncə şəhərinin eyniadlı komandasını qəbul edib. Xatırladaq ki, Unibank Premyer Liqasının açılış oyununda Gəncədə keçirilən qarşılaşmada komandalar 1:1 hesablı bərabərliyə nail olublar. Bu dəfəki qarşılaşmada da nəticə dəyişməyib. Komandalar 0:0 hesablı bərabərliklə meydanı tərk ediblər.

Şənbə gününün son oyununda isə “İnter” Bakıda “Turan” komandasını qəbul edib. Son iki oyunda “Neftçi” və “Qəbələ” ilə heç-heçə edən çempion “İnter” turnir cədvəlində irəliləmək üçün Tovuz təmsilçisi ilə qarşılaşmada qələbə qazanması mütləq idi. Və “İnter”lilər bu qələbəni qarşılaşmanın ilk dəqiqəsində reallaşdırdılar.

Qarşılaşmanın birinci dəqiqəsində David Odikadze “Turan”ı peşiman edib. Qarşılaşmanın birinci hissəsi bu hesabla başa çatıb. Qarşılaşmanın 50-ci, ikinci hissənin 10-cu dəqiqəsində isə Mario Santana atdığı qolla komandasının qələbəsini mütləqləşdirib– 2:0. Oyunun son dəqiqələrində isə (80) Robertas Poşkus komandasının qələbəsini təmin edib – 3:0.

Xatırladaq ki, Unibank Premyer Liqasının XIV turunun digər üç oyunu bazar günü keçiriləcək. Günün açılış oyununda AZAL Ağdamın “Qarabağ” klubunu qəbul edəcək. Cari mövsümdə uğurlu çıxış edən AZAL turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Qeyri-stabil çıxışı ilə yadda qalan “Qarabağ” isə getdikcə liderlər qrupuna yaxınlaşmaqdadır.

Günün daha bir maraqlı oyunu “Neftçi” və “Qəbələ” komandaları arasında baş tutacaq. İlk dövrədə rəqibini 2:0 hesabı ilə məğlub edən Arif Əsədovun yetirmələri turnir cədvəlində liderliyini qorumaq əzmindədirlər. Qeyd edək ki, “Neftçi” cari mövsümdə doğma meydanda məğlub olmayıbsa, “Qəbələ” son 7 oyunda meydanı məğlubiyyətsiz tərk edib. “Neftçi” ilə vacib oyun öncəsi “Qəbələ”nin iki əsas hücumçusu Deon Bartonun və Branimir Subaşiçin zədə ucbatından oynaması sual altındadır.

XIV turun daha bir oyunu Lənkəranda keçiriləcək. Mirça Rednikin rəhbərlik etdiyi “Xəzər Lənkəran” doğma azarkeşlər önündə Salyanın “Muğan” klubunu qəbul edəcək. Xatırladaq ki, ilk dövrədə Salyanda bu komandalar arasında keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatmışdı. Son 6 oyunda qələbə qazan bilməyən “Muğan” bazar günü keçiriləcək qarşılaşmaya Bəhmən Həsənova hazırlayacaq. Belə ki, son turda doğma meydanda “Neftçi”yə 0:3 hesabı ilə məğlubiyyətdən sonra “Muğan”ın baş məşqçisi Almir Hurtiç istefa vermişdi.

Qeyd edək ki, turnir cədvəlinin lideri “Neftçi”dən üç xalı geri qalan “Xəzər Lənkəran” cari mövsümdə doğma meydanda məğlub olmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar