Unibank Premyer Liqası planetin 100 ən güclü çempionatı sırasındadır
05 Yanvar 2010 Çərşənbə Axşamı 12:55
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası siyahı tərtib edib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ötən ilin ən güclü 100 futbol çempionatını müəyyənləşdirib. Siyahıda Unibank Premyer Liqası 209 xal toplayaraq 97-ci yerdə qərarlaşıb. Beynəlxalq futbol qurumunun saytında yerləşdirilən məlumata görə, çempionatımız Oman, Nikaraqua və Bosniya birinciliklərini arxada qoymağa müvəffəq olub.
Türkiyə çempionatı 691 xalla 10-cu, Rusiya 525 xalla 20-ci, Özbəkistan 403 xalla 33-cü, Gürcüstan 358 xalla 40-cı, Ermənistan çempionatı isə 264 xalla 75-ci yerdə qərarlaşıb.
Ötən ilin ən nüfuzlu çempionatı kimi İngiltərə premyer liqası seçilib. Sonarakı yerləri müvafiq olaraq İspaniya, Almaniya, Braziliya, İtaliya, Fransa, Argentina, Hollandiya və Ukrayna birincilikləri tutur.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar