Unibank çempion oldu
02 İyul 2010 Cümə 14:25
Unibank mini-futbol üzrə banklararası çempionatin qalibi olub.
“Unibank” ASC-nin komandası Bakı Banklararası Valyuta Birjası (BBVB) tərəfindən iyunun 5-dən 25-ə kimi təşkil etdiyi mini-futbol üzrə banklararası çempionatda qalib gəlib. Nüfuzlu turnirdə ölkənin bank ictimaiyyətini təmsil edən səkkiz komanda iştirak edib.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Unibank”ın futbolçuları qrup mərhələsində 3 qarşılaşmadan 2-də rəqiblərinə qalib gəlib. Belə ki, yarımfinalda “VTB-Azərbaycan”dan olan həmkarlarına 6:2 hesabı ilə qalib gələrək finala çıxıblar.
“Unibank” və Kapitalbank” komandaları arasında keçirilən final oyunu isə banklararası turnirin ən maraqlı və gərgin matçı olub. Oyunun birinci hissəsinin nəticəsinə görə, hesabın 2 top fərqlə rəqibin xeyrinə olmasına və iki oyunçunun meydandan xaric olunmasına baxmayaraq, final görüşün ikinci hissəsində “Unibank”çılar inadkarlıq göstərib, rəqiblərin qapısına iki cavab topu vurublar.
Finalın kulminasiyası oyunun əsas vaxtından sonra qapılara vurulan penaltilər olub ki, onların nəticələrinə görə “Unibank” 6:5 hesabı ilə layiqli qələbə qazanıb.
Ölkənin bankları arası mini-futbol üzrə çempion olmaqla, “Unibank”ın kollektivi yenidən oyun birliyi və korporativ ruh əzmi, habelə 18 il ərzində maliyyə təsisatın etibarlılığını və dinamik inkişafını təmin edən, müsbət nəticələrə yönümlüyünü nümayiş etdirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: