Ülvi Bacarani çexiyalıyı məğlub etdi
02 Mart 2009 Bazar Ertəsi 19:15
«Cappelle La Grande» şahmat festivalında üçüncü turunda Roland Sarvadorla qarşılaşan Ülvi rəqibini mat edib

 

Fransada keçirilən ənənəvi «Cappelle La Grande» şahmat festivalında üçüncü turun görüşləri keçirilib. Yarışın üçüncü turunda Azərbaycanlı şahmatçılardan yalnız Ülvi Bacarani qələbə qazanıb. Ülvi çexiyalı Roland Sarvadoru məğlubiyyətə uğrdıb. Digər iki şahmatıçımız isə üçüncü turu heç-heçə ilə tamamlayıb. Nicat Məmmədov fransız Jan Pier Le Rouxla, Rəşad Babayev isə rus Yevgeni Vorobiovla heç-heçəyə razılaşıb.

Qeyd edək ki, «Cappelle La Grande» şahmat festivalında 600 şahmatçı mübarizə aparaır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar