Ulduz futbolçu Samuel Etonun maşını oğurlandı
19 Mart 2010 Cümə 22:55
Samuel Etonun “Bentley” avtomobili yoxa çıxıb
“İnter”in ulduz futbolçusu Samuel Etonun “Bentley GT63” model avtomobili oğurlanıb. Milandakı “Sheraton” otelinin önündə saxlanılmış maşını həmin gün futbolçu özü yox, onun komanda yoldaşı Marko Arnautoviç idarə edirmiş. Qiyməti 150 000 avro olan avtomobilin oğurlanması barədə polisə məlumat verilsə də, avtomobilin izinə düşmək mümkün olmayıb.

Xatırladaq ki, oğrular ötən il “İnter”in digər bir ulduz futbolçusu Sulley Muntarinin maşınını qaçırmağa çalışmışdılar. Muntarinin təsadüfən hadisə yerinə gəlməsi oğruların planını alt-üst etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar