Ukrayna yığması Azərbaycana gələcək
09 Noyabr 2010 Çərşənbə Axşamı 18:40
Ukraynalılar fevralda Bakıda keçirilməsi planlaşdırılan turnirdə iştirak edəcək.
Ukraynanın futzal yığması gələn il Azərbaycana gələcək. Ukraynalılar fevralda Bakıda planlaşdırılan turnirdə iştirak edəcək. Ukraynanın Mini-Futbol Assosiasiyasının prezidenti Gennadi Lisençuk gələcək planları haqda danışarkən ölkəmizə nəzərdə tutulan səfərə toxunub.

“Dekabrın 12-13-də Xersonda Moldova yığması ilə oynayacağıq. Yanvarın 18-19-da səfərdə Polşa yığması ilə görüşəcəyik. Fevralın əvvəlində Azərbaycanda 4 komandanın iştirak edəcəyi turnirə qatılacağıq. Həmin ayın ortasında isə Tehrana İran millisi ilə iki oyuna yollanacağıq. Yığmamızın son toplanışı Avropa çempionatının seçmə mərhələsinin startı ərəfəsində Xarkovda olacaq”, - deyə o vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar