Ukrayna millisi Lippiyə tapşırıldı
24 Noyabr 2010 Çərşənbə 17:55
Ukrayna Futbol Federasiyası italiyalı mütəxəssislə 18 aylıq müqavilə imzalayıb
Futbol üzrə İtaliya yığmasının sabiq baş məşqçisi Marçello Lippi yaxın günlərdə Ukrayna millisinin sükanı arxasına keçəcək. Bu məlumatı İtaliyanın “La Gazzetta dello Sport” qəzeti yayıb. Nəşrin məlumatına görə, Lippi Ukrayna yığmasında fəaliyyətinə görə illik 5 milyon avro qazanc əldə edəcək. Lippi ilə Ukrayna Futbol Federasiyası arasında imzalanmış müqavilənin müddəti 18 aylıq olacaq.

Xatırladaq ki, Marçello Lippi karyerası ərzində İtaliya yığması ilə birgə 2006-cı il Dünya çempionatında qızıl medallar əldə etmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar