Uilyams Bacılar turnirin qalibi oldular
29 Yanvar 2010 Cümə 12:40
Avstraliyanın açıq çempionatında cütlüklərin yarışı yekunlaşıb
Tennis üzrə Avstraliyanın açıq çempionatında qadın cütlüklərin yarışı yekunlaşıb. Final qarşılaşmasında Uilyams bacıları Kara Blek və Lizel Huber cütlüyü üzərində qələbə qazanıblar. Setlərdə hesab 6:3, 6:4 bacıların xeyrinə yekunlaşıb.

Bu qələbə Uilyams bacılarının qatıldıqları 4-cü tennis turnirdə 4-cü qələbələri olub.

Xatırladaq ki, Serena Uilyams Avstraliyanın açıq çempionatında qadınların tək yarışında da finala yüksəlməyi bacarıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar