UEFA Superkuboku sahibini gözləyir
25 Avqust 2010 Çərşənbə 17:00
Həlledici oyunda "İnter"lə "Atletiko" üz-üzə gələcək.
Bu həftə Avropa Superkubokunun sahibi müəyyənləşəcək. Çempionlar Liqasının son qalibi Milanın “İnter” klubu növbəti titulunu qazanmaq uğrunda Avroliqanın qalibi İspaniyanın “Atletiko” (Madrid) klubu ilə görüşəcək.
Superkubok qarşılaşması cümə günü Monakoda oynanılacaq. “İnter” – “Atletiko” matçının baş hakimi isveçrəli Massimo Buzakka olacaq.

Xatırladaq ki, ötən il Superkuboka Ukraynanın “Şaxtyor” klubunu 1:0 hesabı ilə məğlub edən “Barselona” sahib çıxmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar