UEFA "Spartak"ı cəzalandırdı
17 Dekabr 2010 Cümə 16:45
Moskva klubu 75 min avro ödəməli olacaq
UEFA İntizam Komitəsi Çempionlar Liqası turniri çərçivəsində oynanılan “Jilina” – “Spartak” matçı ilə bağlı qərarını elan edib. Slovakiyada keçirilən matçda rusiyalı azarkeşlərin iğtişaş yaratması səbəbindən UEFA “Spartak”ı 75 min avro məbləğində cərimə edib.

Bundan başqa kluba xəbərdarlıq da edib. Əgər yaxın iki il ərzində belə hal təkrarlanarsa, o zaman “Spartak” ev oyunlarından bəzilərini azarkeşsiz keçirə bilər.

UEFA həmçinin “Jilina” – “Spartak” matçında qırmızı vərəqə alaraq meydandan qovulan İbsonu iki oyunluq diskvalifikasiya edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar