UEFA sərt üzünü göstərdi
08 Oktyabr 2010 Cümə 17:25
"Styaua"nın futbolçusu 4 oyunluq diskvalifikasiya edilib.
UEFA Rumıniyanın “Styaua” klubunun futbolçusu Pantelis Kapetanosu 4 oyunluq diskvalifikasiya edib. Buna səbəb futbolçunun Avropa Liqası turniri çərçivəsində baş tutan “Styaua” – “Napoli” matçında rəqib futbolçunu dirsəyi ilə vurması olub.

UEFA-nın İntizam Komitəsinin qərarına görə, futbolçu Avropa Liqası turniri çərçivəsində “Utrext”, “Napoli” və “Liverpul”la oyunlarda meydana çıxmayacaq. Bundan başqa UEFA azarkeşlərinin özlərini lazımınca aparmamasına görə həm “Styaua”, həm də “Napoli” klubuna pul cəriməsi kəsib.

Xatırladaq ki, “Styaua” – “Napoli” matçı 3:3 hesabı ilə yekunlaşmışdı. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar