UEFA Serbiya yığmasına texniki məğlubiyyət verib
29 Oktyabr 2010 Cümə 19:45
Serbiya Futbol Federasiyası isə 120 min avro cərimələnib.
UEFA Avro-2012-nin seçmə mərhələsində sonacan oynanılmayan İtaliya – Serbiya matçı ilə bağlı qərar çıxarıb. Məlumata görə, qitə futbol qurumunun Nizam-İntizam Komitəsi serblərə 0:3 hesablı texniki məğlubiyyət verib.
Bundan əlavə, Serbiya Futbol Federasiyası 120 min, İtaliya Futbol Federasiyası isə 100 min avro cərimələnib. İki ildə belə insident təkrarlanarsa, bu komandalar oyunlarını azarkeşsiz keçirəcək. Hər iki federasiya UEFA-nın qərarı ilə bağlı yaxın 3 gündə apelyasiya vermək hüququna malikdir.
Qeyd edək ki, Genuya şəhərindəki oyunda serb fanatların tribunalardakı yaratdığı qarışıqlığa görə matç ilk dəqiqələrdən yarımçıq dayandırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: