UEFA ruslara güzəşt etdi
17 Dekabr 2009 Cümə Axşamı 21:00
UEFA ruslara güzəşt etdi. Aleksey Berezutski və Sergey İqnaşeviç bir oyunluq diskvalifikasiya olunub.
UEFA İnzibati Komitəsinin Rusiyanın MOİK klubunun dopinq qəbulunda ittiham olunan futbolçuları ilə bağlı İsveçrənin Nyon şəhərində keçirilən iclası başa çatıb. İclasın yekununda klub 25 min avro məbləğində cərimə olunub. Futbolçular Aleksey Berezutski və Sergey İqnaşeviç isə bir oyunluq diskvalifikasiya edilib.
Onların Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Beşiktaş”la oyunda iştirak etmədiklərini nəzərə alsaq, hər iki futbolçunun turnirin 1/8 final mərhələsində oynayacağı qənaətinə gəlmək olar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: