UEFA Portuqaliya və Almaniyaya cəza verdi
15 İyun 2012 Cümə 03:22
İyunun 9-da Lvovdakı qarşılaşmada baş verənlər 15 min avroluq cərimə ilə nəticələndi
UEFA-nın nəzarət-intizam instansiyası Almaniya və Portuqaliyanın futbol federasiyalarını iyunun 9-da Lvovdakı qarşılaşmada baş verən insidentlərlə əlaqədar cəzalandırıb. ANS PRESS-in məlumatına görə, qərar UEFA-nın rəsmi saytında yerləşdirilib.

UEFA Almaniyanın Futbol İttifaqını meydançaya kənar əşyalar atan azarkeşlərin hərəkətlərinə görə 10 min avro məbləğində cərimələyib. Portuqaliyanın Futbol Federasiyası isə millinin ikinci hissədə meydana gec çıxmasına görə 5 min avro ödəməli olaca.

UEFA iyunun 13-də Xarkovda Hollandiya millisi ilə oyunda baş verənlərlə əlaqədar Almaniya Futbol İttifaqına qarşı iş qaldırıb. Almaniyalı azarkeşlər meydançaya pirotexnika və kənar əşyalar atmaqda günahlandırılırlar. Bu məsələyə iyunun 18-də keçiriləcək iclasda baxılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar