UEFA-nın rəsmi saytı “Qarabağ”a təriflər yağdırdı
14 Mart 2011 Bazar Ertəsi 12:36
Ağdam təmsilçisinin çempionatda qələbələr seriyası əldə etməsi xüsusi vurğulanıb
UEFA-nın rəsmi saytı Unibank Premyer Liqasının son turu haqda hesabat dərc edib. Məqalədə Ağdamın “Qarabağ” klubunun parlaq qələbələr seriyası əldə etməsi xüsusilə vurğulanır.

Yazıda “Qarabağ”ın çempionatın başa çatmasına doqquz tur qalmış 2-ci pillədə qərarlaşan “Xəzər Lənkəran” klubu ilə xal fərqini ikiyə endirməsi, həmçinin çempionatın son turunda hazırki Azərbaycan çempionu “İnter”i 2:0 hesabı ilə məğlub etdiyi də qeyd edilib.

Unibank Premyer Liqasının ən məhsuldar futbolçusu - “Neftçi”nin üzvü Bahodir Nasimovun ardıcıl beş oyunda fərqlənə bilməməsi də bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar