Bakıda UEFA-nın daha bir seminarı keçiriləcək
25 Noyabr 2010 Cümə Axşamı 19:55
Budəfəki seminar marketinqə həsr olunacaq
Noyabrın 29-da və 30-da Bakı şəhərində UEFA-nın növbəti seminarı keçiriləcək. Bu barədə ANS PRESS-ə AFFA Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, budəfəki seminar marketinqə həsr olunacaq.

Xatırladaq ki, noyabrın 2-də və 3-də Bakıda UEFA-nın “Azərbaycanda Kütləvi Futbol” mövzusunda, noyabrın 23-də və 24-də isə mətbuatla bağlı seminarı keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar