UEFA Mahir Şükürovu cəzalandırdı
21 Dekabr 2011 Çərşənbə 12:31
Futbolçumuz 2 ay müddətinə diskvalifikasiya edilib.
UEFA yığmamız və “Qəbələ” klubunun futbolçusu Mahir Şükürova verdiyi cəzanı açılayıb. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, futbolçu bu ilin noyabrın 11-dən 2 ay müddətinə cəzalandırılıb.
Qeyd edək ki, Mahir Şükürovdan Avro-2012-nin seçmə mərhələsi çərçivəsində okyabrın 11-də İstanbulda keçirilmiş Türkiyə – Azərbaycan oyunundan sonra götürülmüş dopinq-test müsbət nəticələnmişdi.
DOSTLARINLA PAYLAŞ: