UEFA Kubokunun final matçının hakimləri bəllidi
18 May 2009 Bazar Ertəsi 14:45
Mayın 20-də keçiriləcək qarşılaşmanı ispaniyalı Luis Medina Kantalejo idarə edəcək

 

UEFA Kubokunun final matçını idarə edəcək hakimlər məlum olub. Ukrayna təmsilçisi "Şaxtyor"la Almaniyanın "Verder Bremen" klubu arasında mayın 20-də keçiriləcək qarşılaşmanı ispaniyalı hakim Luis Medina Kantalejo idarə edəcək. Kantalejoya həmyerliləri Jesus Kalvo Quadamuro və Roberto Diaz Perez Del Palomar köməklik göstərəcək, dördüncü hakim Alfonso Perez Burrull olacaq. Matçın hakim-inspektoru isə rusiyalı Sergey Zuyevdir.

Qeyd edək ki, mayın 20-də İstanbulun Şükrü Saracoğlu stadionunda keçiriləcək UEFA Kubokunun final matçı Bakı vaxtı ilə saat 23.45-də başlayacaq. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar