UEFA Kuboku 1/8 final mərhələsinin ilk matçları keçirilib
13 Mart 2009 Cümə 11:35
UEFA Kubokunun son qalibi Rusiyanın "Zenit" klubu isə 1/8 finalın ilk matçında İtaliyanın "Udineze" klubuna 0-2 hesabı ilə məğlub olub

 

Futbol üzrə UEFA Kubokunda 1/8 final mərhələsinin ilk matçları keçirilib. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə Almaniyanın "Hamburq" klubu ilə 1-1 heç-heçə oynayıb.

Rusiyanın MOİK və Ukrayanın "Şaxtyor" klublarının Moskvada keçirilən qarşılaşmasında Artur Zikonun baş məşqçisi olduğu MOİK 1-0 hesablı qələbə qazanıb. Rusiya təmsilçisinə qələbə qazandıran qolu braziliyalı legioner Vaqner Love "Şaxtyor"un qapısından keçirib. 11 metrlik cərimə zərbəsindən vurulan qolla qələbə qazanan MOİK revanş matçı öncəsi üstünlük əldə etdi.

İngiltərənin UEFA Kubokunda yeganə təmsilçisi olan "Mançester Siti" 1/8 finalın ilk matçında qələbə qazanıb. Öz meydanında Danimarkanın "Aalborq" klubunu məğlub edən ingilis klubu revanş matçı öncəsi üstünlük qazanıb.

UEFA Kubokunun 1/8 final mərhələsinin ilk matçında "Marsel" öz meydanında qələbə qazanıb. Hollandiyanın "Ayaks" klubunu qəbul edən fransız klubu ilk yarıda Çeyrou ve Nianqla 2-0 hesablı üstünlük əldə edib. Matçın ikinci yarısında Suarezin vurduğu qol revanş matçı öncəsi Hollandiya təmsilçisini ümidləndirib 2-1.

UEFA Kubokunun son qalibi Rusiyanın "Zenit" klubu isə 1/8 finalın ilk matçında İtaliyanın "Udineze" klubuna 0-2 hesabı ilə məğlub olub. İtalya klubuna qələbə qazandıran qolları Quaqliarella və Di Natale rəqib qapısından keçirib.

MOİK (Rusiya) - Şaxtyor Donetsk (Ukrayna): 1-0
Dinamo Kiyev (Ukrayna) - Metalist Xarkov (Ukrayna): 1-0
Hamburq (Almaniya) - Qalatasaray (Türkiyə): 1-1
PSJ (Fransa) - Braqa (Portuqaliya): 0-0
Verder Bremen (Almaniya) - Sent-Etienn (Fransa): 1-0
Mançester Siti (İngiltərə) - Aalborq (Danimarka): 2-0
Marsel (Fransa) - Ayaks (Hollandiya): 2-1
Udineze (İtaliya) - Zenit (Rusiya): 2-0

Elvin Rəsul/ANSPRESS/ 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar