UEFA dəhşətə gəlib
01 Fevral 2011 Çərşənbə Axşamı 17:21
Səbəb "Çelsi"nin Torres üçün ödədiyi məbləğdir
UEFA “Çelsi” klubunun fantastik məbləğ ödəyərək “Liverpul”un futbolçusu Fernando Torresi transfer etməsindən bərk qorxuya düşüb. ANS PRESS-in “Goal.com”a istinadən verdiyi məlumata görə, UEFA bu transferdən sonra öz nizamnaməsində müəyyən dəyişikliklər etmək qərarına gəlib. UEFA-nın bütün komandalar üçün müəyyən limit qoyaraq, transfer zamanı "Fair-play" qaydasını tətbiq edəcəyi gözlənilir.

Xatırladaq ki, “Çelsi” Torresi 58,5 milyon avro ödəyərək transfer edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar